Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afaq Bəşırqızı qəzəbləndi: "Əgər gəlinim savadsız olsaydı...." 

Xalq artisti Afaq Bəşirqızının gəlini Könül Təhməzovanın 7 nömrəli məktəbə direktor təyin olunması birmənalı qarşılanmayıb.

Sosial şəbəkədəki çoxluq onun bu posta məhz qayınanasının nüfuzu sayəsində təyin olunduğunu iddia edib. Könül Thməzovanın şəxsi bloqunda özü haqqında yazdığı məlumatlarda qrammatik səhvlərə yol verməsi isə ona qarşı tənqidləri daha da şiddətləndirib.

Afaq Bəşirqızı məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, gəlinin təyinatını mətbuatdan öyrənib:

“Da, də bağlayıcısını mənim gəlinim yazmayıb, sayta yerləşdirən qız onu elə yazıb. Mənim gəlinim ali təhsilli müəllimədir. Özü də Təhsil İdarəsində şöbə müdiri işləyib. Həddən ziyadə savadlı xanımdır və təhsillə bağlı son beş ildəki fəaliyyəti də Təhsil Nazirliyi tərəfindən bilinir. Onun keçirdiyi konfranslar, gördüyü işlər məlumdur. Mən heç bir zaman gözümün işığı da olsa, heç kimə ağız açan biri deyiləm.  Bu, mənim təbiətimdə yoxdur. Bir də ki məktəb direktorlarını boş yerdən o vəzifəyə təyin etmirlər. Onların imtahanları var. 7 nömrəli məktəb vaxtında çox tanınmış məktəb olub. Afaq Bəşirqızının gəlini savadsız olsa idi, tanınmış məktəbə onu təyin etməzdilər. Afaq Bəşirqızı onda məsələyə qarışardı ki, gəlini savadsız olardı. Ona irad tutardı ki, sənin savadın yoxdur, niyə vəzifəyə təyin edirlər?! Mən xəbəri mətbuatdan bilmişəm. Bu, qəfildən olan bir şeydir”. 

Xalq artisti deyilənlərin cəfəngiyyat olduğunu vurğulayıb:

“Mənim gəlinim evdar qadın deyildi ki, evdən götürüb məktəb direktoru qoysunlar. O, Təhsil İdarəsində ən öndə gedən işçilərdən idi. Deyilənlər cəfəngiyyatdır, axmaq bir yalandır. Bu, qaragüruhçuların, trolların  işidir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Ən çox oxunanalar